PDF Oxu

Siyasət

  • 16

Həsən Firuzabadi: “Biz Azərbaycanla əməkdaşlığa hazırıq”

Həsən Firuzabadi: “Biz Azərbaycanla əməkdaşlığa hazırıq”

"Biz qonşu, müsəlman və eyni məzhəbdən olan Azərbaycanla əməkdaşlığa hazırıq". SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü zamanı deyib. Onun sözlərinə görə, İranla Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı hər iki ölkənin rifah və sabitliyi üçün mühümdür: "Azərbaycan hərbi sahədə ehtiyaclarının bir hissəsini İran müdafiə sənayesinin istehsalı olan məhsullarla təmin edir. İran öz xarici siyasətində də müsəlman və qonşu ölkələrlə hərtərəfli və dostluq əlaqələri qurmağa üstünlük verir. Prezident İlham Əliyevin İrana səfəri iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha tez inkişaf etdirilməsi üçün imkan yaratdı. Azərbaycan İran arasında əlaqələr uzun zamana təsadüf edir. Belə ki, Ümummilli Lider Heydər Əliyevin dövründən əlaqələrimiz dərin və dostcasına olub".Görüş zamanı Firuzabadi onu da qeyd edib ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran istehsalı olan silah-sursatlarla və digər texnikalarla yaxından tanış olub və müəyyən razılıqlar əldə edilib.

sia.az

Digər xəbərlər