PDF Oxu

Siyasət

  • 11

Mikayıl Cabbarov: Təhsil sektoruna göstərilən qayğı nəticəsində son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb

Mikayıl Cabbarov: Təhsil sektoruna göstərilən qayğı nəticəsində son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb

"Təhsil sektoruna göstərilən qayğı nəticəsində son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülmüş, 2700-dən çox yeni məktəb tikilmiş, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşmışdır. Təhsil Nazirliyi tərəfindən ötən il 177 təhsil obyektində cari təmir işləri aparılmış, 370 fizika, kimya və biologiya laboratoriyaları müasir avadanlıqla təchiz olunmuş, 104 əmək kabineti üçün tam avadanlıq dəsti və elementlər alınmışdır". Bu fikirləri aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.Azərbaycanda təhsil sahəsində qazanılan uğurlardan danışan təhsil naziri bu sahədə gedən inkişaf proseslərindən, təhsilin inkişafı üzrə dövlət strategiyasının əhəmiyyətindən danışdı. Təhsil ictimaiyyəti adından strategiyanın qəbuluna görə Prezident İlham Əliyevə minnətdarlıq edib.M.Cabbarov bildirib ki, son bir il müddətində Təhsil Nazirliyi üzrə aparılan işlər əvvəlki dövrə nisbətən öz strukturuna, qiymətinə və keyfiyyətinə görə xeyli optimallaşmışdır. Bunun hesabına məktəblər üçün daha çox miqdarda zəruri avadanlığın alınması mümkün olmuşdur: "İki Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşdüyü halda, hazırda hər 18 şagirdə bir kompyuter nisbəti təmin olunmuş, məktəblərin 39 faizi internet şəbəkəsinə qoşulmuşdur. Təhsilin infrastrukturu ilə bağlı məsələlərin əhəmiyyətli hissəsi həll olunduğu halda, bu gün ölkənin inkişaf tempinin tələblərinə cavab verən keyfiyyətin artırılması, təhsilin məzmununun yenilənməsi, müəllimlərin peşəkarlığının yüksəlməsi ön plana keçir".Təhsil naziri qeyd edib ki, şəxsiyyətin inkişaf etdirilməsi üçün zəruri olan keyfiyyətlərin formalaşması məktəbəqədər təhsil sistemində baş verir. "Bu mənada Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın yeni təşəbbüsü, məktəbəqədər təhsil müəssisələrinin inkişaf proqramı böyük əhəmiyyətə malikdir. 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin qısa müddət ərzində uğurla icra olunduğu kimi, qeyd edilən layihənin köməyi ilə də mövcud problemlərin aradan qaldırılmasına əminik"- deyə, M.Cabbarov bildirib.

yap.org.az

Digər xəbərlər