PDF Oxu

Siyasət

  • 20

Musa Qasımlı: “Azərbaycanın xarici siyasətində riayət olunan konkret prinsiplər var”

Musa Qasımlı: “Azərbaycanın xarici siyasətində riayət olunan konkret prinsiplər var”

"Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı həm ölkədaxili, həm də regional və beynəlxalq məsələlərə yaxınlaşmaq baxımından prinsipial əhmiyyət kəsb edir". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.Millət vəkili qeyd edib ki, iclasdakı çıxışı zamanı Prezident İlham Əliyev dünyada olan ikili standartları kəskin tənqid etdi və Ermənistanın təcavüzkarlığına düzgün qiymət verilməsinin vacibliyini vurğuladı: "Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupu var və onun həmsədrləri fəaliyyət göstərir. Deməli onlar da mandatları çərçivəsində beynəlxalq hüquqa uyğun hərəkət etməlidirlər".M.Qasımlı bildirib ki, iclasdakı nitqi zamanı Prezident İlham Əliyev Azərbaycanın mövqeyini açıq, konkret və birmənalı olaraq bildirdi: "Bu mövqe beynəlxalq hüquq normalarından doğan prinsipə və ədalətə əsaslanır. Azərbaycanın xarici siyasətində riayət olunan konkret prinsiplər var. Həmin prinsiplər də Azərbaycanı nüfuzlu dövlətə çevirib. Prezident İlham Əliyevin iclasdakı nitqi bir daha göstərdi ki, Azərbaycan xarici siyasətində tamamilə müstəqil dövlətdir və yalnız öz maraqlarına, beynəlxalq hüquqa və ədalətə əsaslanır".

sia.az

Digər xəbərlər