"ATƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Lissabon, Madrid prinsipləri, BMT-nin qətnamələri və digər beynəlxalq təşkilatların prinsipləri var və ATƏT də bu prinsipləri izləyir, onu yerinə yetirməyə çalışır". SİA-nın xəbərinə görə, bu sözləri ötən gün Bakıya səfərə gələn ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiç jurnalistlərə verdiyi açıqlamasında deyib.Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri ilə Minsk qrupunun fəaliyyətinin canlandırılmasına və münaqişənin həll yollarını tapmağa çalışırlar.Qeyd edək ki, ATƏT Parlament Assambleyasının (PA) prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti ötən gün Azərbaycana səfərə gəlib. ATƏT PA prezidentinin MM sədri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və digər rəsmi şəxslərlə görüşləri gözlənilir.Səfər aprelin 17-dək davam edəcək.
sia.az