"İllərdir beynəlxalq təşkilatlar Azərbaycanın səsini eşitmir. Özlərinin işlərinə yarayanda hadisələri işğal kimi qiymətləndirirlər, yaramayanda isə yox". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O, beynəlxalq təşkilatların ikili siyasət tətbiq etdiklərini qeyd edib: "Beynəlxalq təşkilatlar Rusiyanın Ukraynaya qarşı attdığı addımı işğal kimi dəyərləndirirlər, ancaq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə eyni baxmırlar. Burada imtiyazlı mövqelər var. Rusiya beynəlxalq sistemin ikiüzlülüyünə bələd olduğu üçün bu addımı ata bilir. Baş verənlər də bunu təsdiq edir. Bu siyasəti Ermənistana qarşı da tətbiq etsələr, tərəfkeşlikdə ittiham edilməzdilər".Millət vəkili ölkə başçısı İlham Əliyevin səsləndirdiyi fikirlərin Azərbaycan cəmiyyətinin mövqeyini əks etdirdiyini vurğulayıb: "Azərbaycan Prezidentinin mövqeyi Azərbaycan cəmiyyətinin dəstəklədiyi mövqedir. Biz də bu haqlı mövqeyimizi daima müdafiə etməli, beynəlxalq aləmə qəbul etdirməliyik".
sia.az