PDF Oxu

Siyasət

  • 11

Azay Quliyev: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi heç bir nəticə vermir

Azay Quliyev: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi heç bir nəticə vermir

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi heç bir nəticə vermir. Münaqişənin hərbi yolla nizamlanmasına isə Azərbaycan son variant kimi baxır". Bu fikirləri Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, digər variant Ermənistanı, bəlkə də, beynəlxalq qurumların vasitəsilə sülhə məcbur etməkdən ibarət olmalıdır. Onun sözlərinə görə, belə praktika vaxtilə bir sıra ölkələrdə olub və hazırda Ukraynada müşahidə edilir.

"Beynəlxalq birlik Ermənistana qarşı müəyyən siyasi sanksiyalar tətbiq edə bilər. Məsələn, Azərbaycanın Hərbi Prokurorluğu Xocalıda cinayətlər törətmiş 137 erməni barəsində cinayət işi qaldırıb. Həmin şəxslər barəsində sanksiyalar tətbiq edilməlidir. Onların Avropa İttifaqı ölkələrinin ərazisinə getməsinə qadağa qoyulmalıdır. Bütövlükdə bunlar təbliğat maşını bütün dünyada öz gücünü itirməkdə olan Ermənistanı düşünməyə və Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqeyi qəbul etməyə məcbur edəcək"- deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər