"Yaxın perspektivdə Azərbaycan iqtisadiyyatında iki dəfə artım gözlənilir. Bu strateji hədəflərə nail olmaq üçün iqtisadiyyata geniş şəkildə sərmayələr cəlb olunmalıdır və bu sərmayələr keyfiyyətcə yeni bir pillə səviyyəsində olmalıdır. Bu baxımdan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi artıq bir müddət bu strateji hədəfə nail olmaq üçün bir sıra texnoloji infrastruktur layihələri reallaşdırıb". Bu fikirləri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədrinin müavini İlqar Muradov deyib.
İ.Muradov bildirib ki, qiymətli kağızlar bazarı kifayət qədər gənc bir bazardır. Onun sözlərinə görə, şirkətlər bu bazar haqqında yetərincə məlumatlara və bazarda tədavül olunan alətlərdən kifayət qədər məlumatlı deyillər.
"Listinq məsləhət proqramının məqsədi məhz bu boşluğun aradan qaldırılmasına yönəlib. Bu proqram çərçivəsində əsas məqsəd Qiymətli Kağızlar bazarına çıxışda maraqlı olan şirkətləri dizinfikasiya etməkdir. Bu şirkətlərə bazar haqqında yetərincə məlumatlar təqdim etmək və bu bazarın maliyyə axımları baxımından maraqlı olduğunu həmin şirkətlərə çatdırmaqdır. Sonda bu bazara artıq maraq yarandığı halda birbaşa bələdçilik funksiyasını həyata keçirməkdir. Şirkətlər bu gün bilməlidirlər ki, bu proqram çərçivəsində addımlamaq üçün öz idarəetmə sistemlərini təkmilləşdirməli və dərin dəqiq strateji baxışlara malik olmalıdır"- deyə, Komitənin sədr müavini vurğulayıb.
yap.org.az