Monteneqro parlamentinin sədri, ATƏT-in Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti aprelin 16-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə güllər qoymuşdur.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı önünə güllər qoyulmuşdur.
Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə tər çiçəklər düzmüşlər.
Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər. Onlara Şəhidlər xiyabanının tarixi, ölkəmizdə həyata keçirilən tikinti və quruculuq işləri barədə məlumat verilmişdir.
AzərTAc