PDF Oxu

Siyasət

  • 8

Qəbələdə YAP sıralarına yeni qəbul edilmiş gənclərə partiyanın üzvlük vəsiqələri verilmişdir

Qəbələdə YAP sıralarına yeni qəbul edilmiş gənclərə partiyanın üzvlük vəsiqələri verilmişdir

Qəbələdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində təşkil olunan tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının sədr müavini Elçin Tağıyev çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri, YAP-ın yaranmasındakı böyük rolu, eləcə də partiyanın keçdiyi tarixi inkişaf yolu, qazandığı uğurlar barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. O, rayonda partiya üzvlərinin sayının artdığını diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, son 3 ayda Yeni Azərbaycan Partiyasına 70 nəfər üzv qəbul olunmuşdur. O, YAP sıralarına qəbul zamanı ərazi ilk partiya təşkilatlarında namizədlərin seçilməsinə ciddi fikir verildiyini, onların fəaliyyətinin təhlil olunduğunu diqqətə çatdırmışdır.

Məlumat verilmişdir ki, YAP Qəbələ rayon təşkilatı hazırda 76 ərazi ilk təşkilatında 5 min 754 üzvü öz ətrafında birləşdirir. Onlardan 2260-ı ali təhsilli, 2329-u qadın, 2206 nəfəri gənclərdir.

Tədbirdə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin 32 nəfər müəllim və tələbəsinə YAP sıralarına yeni qəbul olunmaları münasibətilə üzvlük vəsiqələri təqdim edilmişdir.

Gənclər YAP sıralarına qoşulmalarının səbəbi və məqsədi barədə, partiyanın ölkəmizin həyatındakı mövqeyi haqqında danışmışlar. Onlar bu məsuliyyəti yaxşı anladıqlarını, ulu öndər Heydər Əliyevin ideyalarını dəstəklədiklərini və Azərbaycanın daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildirmişlər.

AzərTAc

Digər xəbərlər