PDF Oxu

Siyasət

  • 11

Binəqədi rayonunda Heydər Əliyev irsinin öyrənilməsi davam etdirilir

Binəqədi rayonunda Heydər Əliyev irsinin öyrənilməsi davam etdirilir

Binəqədi rayonunda Heydər Əliyev irsinin öyrənilməsinin vəziyyəti barədə rayon icra hakimiyyəti başçısının yanında şuranın iclası keçirilib. İclasda Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı aparatının şöbə müdirləri, rayonun təhsil müəssisələrinin, eləcə də bir sıra idarə və icra strukturlarının rəhbərləri iştirak ediblər.

Şura iclasını giriş sözü ilə açan Binəqədi RİH başçısının müavini Aygün Əliyeva Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsini gənclərdə liderlik bacarığının inkişafı və onların şəxsiyyət kimi formalaşması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. O, Azərbaycan dövlətinin möhkəmlənməsi və azərbaycançılıq ideologiyasının təbliği sahəsində əvəzsiz xidmətlər göstərmiş Ulu Öndərin ictimai-siyasi xadim, müdrik rəhbər kimi keçdiyi şərəfli və mənalı ömür yolunun hər bir Azərbaycan gənci üçün örnək olduğunu bildirib. A.Əliyeva müasir dövlətimizin qurucusu, xalqın qəlbində özünə əbədiyaşarlıq qazanmış Heydər Əliyevin irsi barədə dərslərin keçirilməsi, Ümummilli Liderin simasında xalqını sonsuz məhəbbətlə sevən böyük vətənpərvərin dövlət və cəmiyyət olaraq Azərbaycana verdiyi töhfələrin yeniyetmə və gənclərə, eləcə də orta məktəb şagirdlərinə çatdırılması baxımından belə tədbirlərin zəruriliyini vurğulayıb.

Binəqədi rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova rayon məktəblərində "Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar dərslərin keçirilməsinin vəziyyəti" barədə məlumat verib. Məlumatda bu dərslərin təşkilində əsas məqsədin Heydər Əliyevin ölkəmizdə dövlət quruculuğu prosesindəki rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılması olduğu qeyd edilib. Şura iclasında çıxış edən Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı Allahverdi Mirzəyev dahi şəxsiyyətin irsinin öyrənilməsi ilə bağlı Binəqədi rayonunda görülən işləri yüksək qiymətləndirib.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək, ümumtəhsil məktəblərinin direktorlarına bu dərslərin keçirilməsi ilə bağlı öz tövsiyə və təkliflərini verib. Daha sonra çıxış edən məktəb direktorları və müəllimlər belə tədbirlərin Heydər Əliyev irsinin öyrənilməsi baxımından şagirdlərlə yanaşı, müəllimlər üçün də əhəmiyyətli olduğunu bildiriblər. Şura iclası qərarın oxunması ilə yekunlaşıb.

ZÜMRÜD

Digər xəbərlər