PDF Oxu

Siyasət

  • 8

Siyavuş Novruzov: “Rüstəm İbrahimbəyov vaxtilə öz tərəfdarlarına yağlı vədlər verirdi”

Siyavuş Novruzov: “Rüstəm İbrahimbəyov vaxtilə öz tərəfdarlarına yağlı vədlər verirdi”

"Kimsə hansısa bir sənətin sahibidirsə və yaxud elmi dərəcəsi varsa, bu o demək deyil ki, özünü ziyalı adlandıra bilər. İnsanlara ziyalı adını xalq verir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Rüstəm İbrahimbəyovun ziyalılar barəsində dediyi fikirlərə münasibət bildirərkən deyib."Elə çoban var ki, vətənpərvər olmaqda digər cəhətlərdə çalışan alimdən, akademikdən, yazıçıdan üstün ola bilər",- deyə bildirən Siyavuş Novruzov əlavə edib ki, Əkrəm Əylislinin "Daş yuxular"ı buna ən bariz nümunədir: "Onu da ziyalı adlandırırdılar. Bəs nəticədə nə baş verdi? Bu adam Ziyalılar Formunun üzvüdür, amma çıxarmadığı oyun qalmadı".YAP rəsmisi vurğulayıb ki, özünü ziyalı hesab edən şəxs məhz dövlətin, xalqın, millətin maraqlarından çıxış etməlidir. Çünki şəxsi marağından çıxış edərək özünü "ziyalı" adlandırmaq artıq ziyanlı bir məsələdir, əsl ziyalı adına ləkədir: "Ona görə də Ziyalılar Formu adı altında toplaşan bir qrup adamlar ancaq şəxsi maraqları uğrunda vuruşanlardır. Biri torpaq davası edir, biri şəxsi gəlir əldə etmək üçün bəzi xarici dairələrin qapılarından əl çəkmir və s. Bu baxımdan, bunların ziyalı adından çıxış etməsi, ziyalı adına iddialı olması tamamilə qeyri-ciddidir. Çünki sağlam düşüncəli insanlar belələrini ciddi qəbul etmirlər". Siyavuş Novruzov həmçinin qeyd edib ki, ölkəmizdə müxtəlif sahələrində fəaliyyət göstərən, dövlətimizi beynəlxalq tribunalarda yüksək səviyyədə təmsil edən, Vətənimizin adını yüksək tutan ziyalılarımız var: "Bu kimi amilləri nəzərə alaraq bir daha bildirmək istəyirəm ki, əgər kimsə ziyalılar adından və ya ziyalılığa aidiyyatı olmayan hansısa təşkilat adından çıxış edirsə çox yalnış yoldadır".Vaxtilə Rüstəm İbrahimbəyovun təşkilatında olan "ziyalılar"ın onun son fikirlərinə reaksiya verməməsi məsələsinə də toxunan millət vəkili xatırladıb ki, onların arasındakı münasibətlər şəxsi maraq çərçivəsində qurulmuşdu: "Həmin maraqlar ki, ödənilmədi, verilən vədlər yerinə yetirilmədi və nəticədə gözlənilən parçalnamalar baş verdi. Yadınızdadırsa, hələ prezident seçkilərindən öncə Rüstəm İbrahimbəyov tərəfindən yağlı vədlər verilirdi ki, dostlarından pullar alıb gətirəcək, onlara yer ayrılacaq, torpaq veriləcək və seçki kampaniyasında iştirak edəcək. Ona görə də, hamımıza məlum olan "ziyalılar" da gedib onun ətrafına toplaşmışdılar. Hətta İbrahimbəyovun dalınca Gürcüstana belə gedirdilər. Görəndə ki, ortada heç nə yoxdur, qurumdan əllərini üzməyə başladılar".Qeyd edək ki, Rüstəm İbrahimbəyov ötən gün Ziyalılar Forumunu fəaliyyətsizlikdə ittiham edib, bunu özünün ölkədə olmadığı ilə əlaqələndirib. Lakin onun bu ittihamı ciddi qəbul olunmayıb.

sia.az

Digər xəbərlər