PDF Oxu

Siyasət

  • 10

Vəfa Quluzadə: “Bu münaqişəni yaradan bilavasitə rəsmi Moskvadır”

Vəfa Quluzadə: “Bu münaqişəni yaradan bilavasitə rəsmi Moskvadır”

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Rusiyanın günahı ucbatındandır"

"Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirdi. Amma çox təəssüflər olsun ki, ATƏT PA-nın prezidenti Ranko Krivokapiç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri qorxusundan dilə gətirmədi". Bunu SİA-ya politoloq Vəfa Quluzadə deyib.Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Rusiyanın günahı ucbatındandır: "Bu münaqişəni yaradan bilavasitə rəsmi Moskvadır. Mən dəfələrlə İslam Konfransı Təşkilatı (İKT) Dövlət başçıları konfransının sammitlərində iştirak etmişəm. Onların elə də böyük nüfuzu yoxdur. Bu qurum nə qətnamə deyilibsə, hər birini qəbul edib. Hətta Ermənistanı təcavüzkar da adlandırıblar. Amma bunu heç kəs eşitməyib".

sia.az

Digər xəbərlər