YAP Masallı rayon təşkilatı qadınlar şurası görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anım gününü qeyd edib
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı qadınlar şurasının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş "Oftalmologiya sahəsində Zərifə Əliyevanın rolu" mövzusunda tədbir keçirilib. YAP Masallı rayon təşkilatında keçirilən tədbirdə rayon təşkilatı qadınlar şurasının sədri Naibə Aslanova Zərifə xanım Əliyevanın gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim olduğunu bildiridi: "Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi bu böyük insanın obrazı canlanır, gözlərimiz önündə Onun portreti yaranır. Zərifə xanım sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, həm də körpələri, balacaları sonsuz məhəbbətlə sevir, onları Tanrının ən müqəddəs payı hesab edirdi. Məhz bütün bu keyfiyyətlərinə görədir ki, Zərifə xanım hər zaman hamı tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad olunur."
YAP Masallı rayon təşkilatının sədr müavini, Boradigah xəstəxanasının baş həkimi Aygün Quliyeva, rayon mərkəzi xəstəxanasının həkimi Rəhimə Rzayeva, rayon təşkilatı qadınlar şurasının üzvləri Əntiqə Tağıyeva, Gunay Mehrəliyeva və başqaları çıxış edərək, intellektual keyfiyyətləri özündə birləşdirən görkəmli oftalmoloq-alim haqqında danışaraq, bənzərsis ziyalı, qayğıkeş insanın parlaq xatirəsinin daim anılacağını və qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını söylədilər.
R.HÜSEYNOVA