PDF Oxu

Siyasət

  • 15

Əhalinin sağlamlığı diqqət mərkəzindədir

Əhalinin sağlamlığı diqqət mərkəzindədir

Sabirabad rayonunda əhalinin tibbi müayinələri tədbirlərinin vəziyyəti müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişinə əsasən əhalinin icbari tibbi müayinədən keçirilməsi davam edir. Sabirabadda bu təbdirlər öz kütləviliyi ilə xüsusilə fərqlənir. Rayonda keçirilən tibbi müayinənin nəticələri ilə bağlı Sabirabad rayon icra hakimiyyəti başçısı yanında şura üzvlərinin, rayonun səhiyyə və təhsil müəssisələrinin, qəsəbə və sahə ərazi nümayəndəliklərinin, bələdiyyələrin, ictimai təşkilatların və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə növbəti iclası keçirilib. Şura iclasında profilaktik tibbi müayinənin gedişi ətraflı müzakirə olunubdur.

Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi ölkəmizdə, o cümlədən Sabirabad rayonunda da əhalinin müayinə və müalicəsi yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Ölkə Prezidenti İlham Əliyev Cənablarının diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Respublika əhalisinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin imzaladığı dövlət proqramları Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmin olunması, yenidən qurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələlərinin aparılmasında mühüm rol oynamışdır".

Q.Ağayev çıxışında vətəndaşlarımızın sağlamlığının qorunması tədbirlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri ilə bağlı müvafiq komissiya yaradıldığını da bildirib: "Sabirabad rayon icra hakimiyyətidə aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla, xususi qrafiklər tərtib olunmuşdur. Məsələ ilə bağlı RİH-də müşavirə keçrilmiş, rayonun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verilmişdir. Tədbirin əhəmiyyəti və onun vacibliyi nəzərə alınaraq əhali arasında geniş təşkilati-izahat işləri aparılması üçün qəsəbə və sahə inzibati ərazi nümayəndəlikləri, bələdiyyələr, məhəllə komitələri, rayonda fəaliyyət göstərən müəssisələrin və ictimaiyyətin nümayəndələri bu işlərə cəlb olunmuşdur. Məhz bunun nəticəsidir ki, bu günə kimi rayon üzrə 83898 nəfərdən çox vətəndaş tibbi müayinədən keçmişdir".

Şura iclasında çıxış edən sözügedən məsələ ilə bağlı yaradılan komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şahnaz Babayeva əhalinin profilaktik müayinəsi və həmçinin nəzərdə tutulan işlərlə bağlı məlumat verərək, əlavə görüləcək tədbirlərdən danışıb: "Rayon ərazisində 8 xəstəxana var. Eyni zamanda hər biri 15 çarpayılıq olan 6 xəstəxana fəaliyyət göstərir. Əhalinin tibbi müayinədən keçməsi ilə bağlı 11 nəfərdən ibarət komissiya və 4 səyyar həkim briqadası yaradılmışdır. Hər gün orta hesabla 2000 nəfər müayinə olunur".

Ş.Babayeva tədbirlər çərçivəsində, həmçinin rayon ərazisində yerləşən bütün müəssisələrin, idarə və təşkilatların, orta təhsil müəssisələrinin, digər təşkilatların işçilərinin, ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrə qatılması üçün işlərin həyata keçirildiyini bildirdi.

Sonda N.İsmayılov rayon, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrə, bələdiyyələrə, idarə, müəssisə rəhbərlərinə əhalinin tibbi müayinəsinin sürətləndirilməsi, mütəşəkkilliyin təmin edilməsi ilə bağlı nəzərdə tutulan qrafikə ciddi əməl olunması məqsədilə əlavə tədbirlər görülməsi barədə tapşırıqlarını veribdir.

R.KAMALQIZI

Digər xəbərlər