PDF Oxu

Siyasət

  • 9

Səbail rayonunda 60319 nəfər tibbi müayinədən keçibdir

Səbail rayonunda 60319 nəfər tibbi müayinədən keçibdir

Ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması tədbirlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırıqlarına əsasən respublikamızda keçirililən əhalinin tibbi müayinəsi tədbirləri Bakının mərkəzi rayonu olan Səbail rayonunda yüksək səviyyədə təşkil olunubdur. Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıbdır. Həmçinin, yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə səyyar həkim briqadaları təşkil olunubdur. Fevralın 17-dən etibarən artıq Səbail rayonu üzrə 603129 nəfərin tibbi müayinələrdən keçirilməsi təmin edilibdir. Belə ki, qeyd olunan müddət ərzində 172 nəfər stasionar müalicəyə götürülmüş, 8745 nəfərə ambulator müalicə təyin olunubdur. Rayonda əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsi yerlərinin biri də Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikasıdır. Qəsəbədə 35 mindən çox əhali yaşayır, 3 minə yaxın məcburi köçkün məskunlaşmışdır. Onların tibbi müayinələrdən keçirilməsi üçün qəsəbə nümayəndəliyi, yerli bələdiyyə, qəsəbədəki orta və məktəbəqədər təhsil müəssisələrinin, mədəniyyət evi, kitabxana və digər qurumların kollektivləri, qəsəbə ictimaiyyətinin nümayəndələri tərəfindən təbliğat və izahetmə işləri aparılmış, xəstə, kimsəsiz, tənha vətəndaşların müayinəsi üçün səyyar həkim briqadaları təşkil olunubdur.

34 saylı şəhər poliklinikasının həkim-cərrahı Şərəf Rəşidov bildiribdir ki, poliklinikada yaradılmış səyyar həkimlər briqadaları qrafik əsasında qəsəbədəki təşkilatlarda, məktəblərdə, məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təşkil edilmiş, bir sıra xəstələr aidiyyəti üzrə xəstəxanalara göndərilmişlər.

Qəsəbə sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılayaraq, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

ÜLVİ

Digər xəbərlər