PDF Oxu

Siyasət

  • 10

Aydın Mirzəzadə: “ATƏT beynəlxalq hüququn təminatçısı kimi bu məsələdə öz sözünü deməlidir”

Aydın Mirzəzadə: “ATƏT beynəlxalq hüququn təminatçısı kimi bu məsələdə öz sözünü deməlidir”

"Ermənistan bu gün işğal etdiyi Azərbaycan torpaqlarını öz nəzarətində saxlamaqla, beynəlxalq hüquqa hörmətsizlik edir"

"Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi bəyanat Azərbaycanın prinsipial mövqeyidir. Bu, ölkəmiz üçün taleyüklü bir məsələdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.Millət vəkilinin sözlərinə görə, ATƏT-in üzvü olan Ermənistan, ATƏT-in üzvü olan Azərbaycanın ərazisinin bir hissəsini işğal edib və indiyədək də ölkəmizin ərazi bütövlüyünü tanımır: "ATƏT beynəlxalq hüququn təminatçısı kimi bu məsələdə öz qəti sözünü deməlidir. Çox təəssüf ki, ATƏT rəsmiləri diplomatik bəyanat versələr də, bu məsələdə onların prinsipial mövqedən çıxışını görmürük. ATƏT-in Minsk qrupu yaradılıb və 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Amma yenə də məsələni hər iki ölkənin ixtiyarına buraxırlar.Göründüyü kimi, Ermənistan bu gün işğal etdiyi Azərbaycan torpaqlarını öz nəzarətində saxlamaqla, beynəlxalq hüquqa hörmətsizlik edir. Beynəlxalq hüququn qərarları fəaliyyət mexanizmidir. Bu qərarları yerinə yetirmək istəməyən, bəyanatlara məhəl qoymayanlara qarşı da müvafiq təsir vasitələri var. Sanksiyalar bu təsir vasitələri sırasında ən əhəmiyyətlilərindən hesab edilsə də, hələ ki Ermənistana qarşı tətbiq edilmir.Azərbaycanın və Ermənistanın Dağlıq Qarabağ məsələsinə görə eyni məsuliyyətə çağırılmasının özü belə ikili standartın bariz göstəricisidir. Bir tərəfdən ATƏT rəsmisinin növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirməsi yaxşıdır. Ancaq yaddan çıxarmamalıyıq ki, bu münaqişənin artıq 26 yaşı var. Bu müddətdə hətta Dağlıq Qarabağ müharibəsini görməmiş, bu hadisəni sadəcə qədim tarixin bir hissəsi kimi qəbul edən nəsil yetişib. Cənab Prezidentin Nazirlər Kabinetinin iclasındakı çıxışı və eyni zamanda ATƏT rəsmisi ilə görüşündə söylədiyi fikirlər tək Azərbaycana məxsus deyil. Bu, eyni zamanda beynəlxalq hüququn daimi fəaliyyəti üçün ortaya qoyulan mövqelərdən biridir".

sia.az

Digər xəbərlər