Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının, Xəzər rayon İcra Hakimiyyətinin və Xəzər İnkişaf Fondunun birgə təşəbbüsü ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə silsilə tədbirlər davam etdirilir. SİA-nın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edərək, dahi şəxsiyətə hörmət və ehtiramlarını bildiriblər və məzarı önünə qızılgül dəstələri düzüblər. Tədbir iştirakçıları eyni zamanda görkəmli oftolmoloq alim Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər.Sonra tədbir Bayraq Meydanında tanışlıqla davam etdirilib. Bundan sonra qonaqlar Ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə olacaqlar.Qeyd edək ki, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, təşkilatın sədr müavini, milli məclisin deputatı Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov iştirak ediblər.
sia.az