PDF Oxu

Siyasət

  • 9

AMEA Rəyasət Heyətinin 2013-cü ildəki elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirilir

AMEA Rəyasət Heyətinin 2013-cü ildəki elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirilir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirilir. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.Sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və bəzi nazirliklərin rəhbərlərinin iştirak etdiyi tədbirdə qonaqlar AMEA-nın əsas binasında elmi müəssisə və təşkilatların 2013-cü ildəki fəaliyyətini əks etdirən kitab, jurnal və digər nəşrlərin sərgisi ilə tanış olublar. Ümumi yığıncağın rəsmi hissəsi AMEA-nın prezidenti, akademik Akif Əlizadənin giriş nitqi ilə başlayıb. Akademik A.Əlizadə elmi təşkilatın 2013-cü il ərzində dövlət başçısının elmə dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət göstərdiyini bildirib, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirilən islahatların əsas prinsipi kimi göstərib. AMEA-nın prezidenti Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün bütün imkanlara sahib olduğunu, müasir İKT ilə təchiz edilmiş, regionda ən qabaqcıl kitabxanalardan olacaq İnformasiya Resursları Mərkəzinin istifadəyə tam hazır olduğunu və müasir elmi istiqamətlər üzrə yeni institutların yaradılacağını vurğulayıb. Eyni zamanda ölkənin inkişaf strategiyasına uyğun olaraq regionlarda elmi-texniki potensialı artırmaq məqsədi ilə bir sıra islahatların həyata keçirildiyini, o cümlədən Prezident İlham Əliyevin sərəncamına əsasən Gəncə Bölməsinin yaradıldığını xatırladıb: "Görülən işlər sırasına AMEA-nın elmi müəssisələrinin Direktorları, İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası, Gənc Alim və Mütəxəssislər şuralarının yaradılması da daxildir. Müxtəlif sahələrdə xüsusi fərqlənən gənclərin "Gənclər üçün Prezident Mükafatı"na təqdim olunması, Geologiya İnstitutunun aparıcı elmi işçisi Rafiq Səfərovun bu yüksək mükafata layiq görülməsi, gənc alimlərin Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alması istiqamətində müvafiq işlərin aparılması Akademiyanın gənclər və kadrlar siyasətinin tərkib hissəsidir. Hazırda "AMEA-nın 2020-ci ilə qədər" İnkişaf Konsepsiyası hazırlanır, elmi tədqiqatların prioritet və əsas istiqamətləri yenidən müəyyənləşdirilir və bu işlər artıq yekunlaşmaq üzrədir".Akademik bildirib ki, yeni texnologiyaların və innovasiyaların nümayişi, elmin təbliği, populyarlaşdırılması, gənc nəslin elmə marağının artırılması, həmçinin Azərbaycanın elm potensialının ortaya çıxarılması məqsədi ilə ölkədə və Cənubi Qafqazda ilk dəfə elm festivalının keçirilməsi planlaşdırılır.Akademiyanın 2013-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev bildirib ki, hesabat ilində Akademiyada ölkəmizin sürətli inkişafı ilə həmahəng olan islahatların yeni mərhələsinə start verilib, AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün bir sıra mühüm tədbirlər həyata keçirilib: "El¬mi müəs¬si¬sə¬lə¬r¬də 162 problem çərçivəsində 504 mövzu üzrə 1402 elmi-tədqiqat işi aparılıb, 110 mühüm elmi nəticə alınıb, onlardan 55 iş tətbiq olunub. Akademiyanın alimləri tərəfindən 604-dən artıq ki¬tab, 7208-dən artıq mə¬qalə və te¬zis, o cüm¬lə¬dən xa¬ric¬də 2427-dən artıq mə¬qalə və tezis çap etdiril¬ib. İmpakt faktorlu jurnallarda dərc olunmuş məqalələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq 526-nı ötmüş və onlara 3800-dən çox istinad olunub. AMEA-da 24 elmlər doktoru və 124 fəlsəfə doktorluğu üzrə dissertasiyalar müdafiə edilib, AMEA-nın elmi müəssisələri tərəfindən 68 respublika və 45 beynəlxalq səviyyəli elmi tədbir keçirilib. AMEA-nın icraçısı olduğu 19 dövlət proqramından 3-ü artıq başa çatıb, 13-ü isə davam etdirilir. Elm və təhsilin inteqrasiyası gələcək elmi kadrların akademiyaya cəlb olunmasına şərait yaradıb". Hazırda iclas davam edir.

sia.az

Digər xəbərlər