PDF Oxu

Siyasət

  • 6

Ümummilli liderin 91 illiyi münasibətilə silsilə tədbirlər davam etdirilir

Ümummilli liderin 91 illiyi münasibətilə silsilə tədbirlər davam etdirilir

Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhvələr vermiş Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinin ölkə miqyasında layiqincə keçirilməsini təmin etmək məqsədilə Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı, Xəzər rayon İcra hakimiyyəti və Xəzər İnkişaf Fondu birgə tədbirlərin həyata keçirilməsinə start verib. SİA-nın məlumatına görə, bu gün Xəzər rayon ictimaiyyətinin üzvləri, rayonun fəal qadın və gənclərin iştirakı ilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət edilərək dahi şəxsiyətə hörmət və ehtiram bildirilib, məzarı önünə qızılgül dəstələri düzülüb. Tədbir iştirakçıları eyni zamanda görkəmli oftolmoloq alim Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər.Tədbir iştirakçıları əvvəlcə Bayraq Meydanında, daha sonra isə Ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə olublar.YAP Xəzər rayon təşkilatının sədr müavini, milli məclisin deputatı Rauf Əliyev bildirib ki, bu ili may ayının 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Azərbaycanda müxtəlif tədbirlər həyata keçiriləcək: "Mərdəkan qəsəbəsində Ulu Öndərin adına böyük bir park tikilir və mayın 10-da həmin parkın açılışı olacaq. Ümumiyyətlə, dahi şəxsiyyət Azərbaycanın dövlətçilik tarixini bərpa edib. Tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda bu daha da çətin idi. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev çıxardı. Dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarıb. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş və verməkdə davam edir.Bu gün Azərbaycanda müxtəlif dövlət proqramları həyata keçirilir. Bir sözlə, ölkəmiz hərtərəfli inkişaf edir.Qeyd edək ki, Xəzər İnkişaf Fondu və YAP Xəzər rayon təşkilatı tərəfindən may ayının əvvəlinə qədər davam edəcək tədbirlər planına uyğun olaraq Xəzər rayonunun yaradıcılıq mərkəzlərində, ümumtəhsil məktəblərində fəaliyyət göstərən istedadlı gənc rəssamların sərgisinin təşkili, Quba rayonunda Xəzər və Quba rayon gənclərinin iştirakı ilə Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə elmi seminarın keçirilməsi, valideyin himayəsindən məhrum internat və uşaq evlərindəki şagirdləri üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.Xatırladaq ki, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, təşkilatın sədr müavini, milli məclisin deputatı Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov iştirak ediblər.

sia.az

Digər xəbərlər