PDF Oxu

Siyasət

  • 4

Heydər Əliyevin anadan olmasının 91 illiyilə əlaqədar Göygöl rayonunda silsilə tədbirlər davam etdirilir

Heydər Əliyevin anadan olmasının 91 illiyilə əlaqədar Göygöl rayonunda silsilə tədbirlər davam etdirilir

Dünən YAP Göygöl rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə aprel ayının 15-dən başlanan silsilə tədbirlər bu gün idmanda kütləviliyin artırılması məqsədini əsas tutaraq rayon idmançıları arasında ümumrayon yürüşü ilə davam etdirilir. Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Rəşad Veysov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun əsasını qoyduğu gənclər siyasətinin bu gün Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənclərə yüksək diqqət və qaygının göstərilməsi və onların gələcək inkişafının dövlət tərəfindən stimullaşdırılmasından, gənclərin problemlərinin həllinə yönələn dövlət proqramlarının həyata keçirilməsindən, əlverişli təhsil mühitinin yaradılması və istedadların üzə çıxarılmasından, gənclərin qurub-yaratmaq əzminin daha da artmasından bəhs etmiş, göstərilən dövlət qayğısının gənclərimizin vətənə və xalqa layiqli övlad olmalarına sövq etməsi haqqında danışmışdır.

Tədbirdə, həmçinin Göygöl rayon gənclər və idman idarəsinin rəisi Zaur Abbasov Azərbaycanda, o cümlədən Göygöl rayonunda idmanın inkişafina göstərilən diqqət və qayğıdan bəhs etdi. Qeyd olundu ki, gənclərin fiziki sağlamlığına, hərbi vətənpərvərlik ruhunda böyüməsinə və asudə vaxtlarının səmərəli təşkilində idmanın mühüm əhəmiyyəti var. O, idmanın müxtəlif növlərinin inkişafı istiqamətində qarşıda duran vəzifələrdən danışdı.

Rəşad Veysov,

YAP Göygöl rayon təşkilatının aparat rəhbəri

Digər xəbərlər