"Sözün həqiqi mənasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu və ölkəmizə qarşı ikili standartların olduğu bir məqamda "Xalq diplomatiyası" məsələsinin ortalığa atılması başa düşülən deyil". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun saxlanılmasına və müxalifət mətbuatının, xüsusilə Leyla Yunus kimi insanların onun müdafiəsinə qalxmasına münasibət bildirərkən deyib.YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, bizim milli və dövlətçilik maraqlarımız çox möhkəm bir tərzdə qorunmalıdır: "Bununla belə mənəvi haqqı və heç bir hüquqi statusa malik olmayan bir insanın xalqın adından danışması əsassızdır. Xalqın adından yalnız Azərbaycan xalqının etimad göstərdiyi ölkə prezidenti cənab İlham Əliyev danışa bilər. Uzun müddət xarici dairələrə xidmət edən, fəaliyyətlərində, əqidələrində, qanlarında qarışıq məqamların olduğu insanların, xüsusilə də Rauf Mirqədirovun xalq və "Xalq diplomatiyası" adından danışmağa heç bir mənəvi haqqı yoxdur. Təbii ki, belə hallar yolverilməzdir".A.Hüseynov deyib ki, Leyla Yunusun və onun kimi digərlərinin qanlarında olan erməni qanı onları Rauf Mirqədirovun müdafiəsinə qalxmağa zəmin yaradıb: "Bu gün Leyla Yunus kimi insanların Ermənistan dövləti ilə Azərbaycanı müqayisə etməsi belə dar düşüncə təfəkküründən xəbər verir. Axı necə ola bilər ki, Ermənistan terrorçu, aqressiv, cinayətkar ola-ola demokratik dövlət hesab olunur? Təbii ki, onların Ermənistana qarşı olan simpatiyalarının kökü məlumdur. Bu insanlar cəmiyyət arasında ikrah hiss doğururlar. Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək ölkəmizin daxili və xarici siyasi kursunu dəstəkləyir. Beləcə bu kurs da bizə bir çox nailiyyətlər qazandırır".
sia.az