PDF Oxu

Siyasət

  • 10

Fəzail Ağamalı: “Vətənə xəyanətə görə heç kəs bağışlanıla bilməz”

Fəzail Ağamalı: “Vətənə xəyanətə görə heç kəs bağışlanıla bilməz”

Bu insan vətənə xəyanətdə ittiham olunubsa, deməli ortalıqda ciddi faktlar var". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun saxlanılmasına və müxalifət mətbuatının, xüsusilə Leyla Yunusun onun müdafiəsinə qalxmasına münasibət bildirərkən deyib.Parlament üzvünün sözlərinə görə, Azərbaycan dövlətinə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovla bağlı Kütləvi İnformasiya Vasitələrində (KİV) verilən məlumatlar çox lakonik xarakter daşıyır: "Onun barəsində hələ tam araşdırma aparılır. Əminəm ki, bununla bağlı hüquq mühafizə orqanları lazımi açıqlamalar verəcək. Təbii ki, bu cür faktlar araşdırılmalı və obyektiv şəkildə Azərbaycan qanunlarının vermiş olduğu imkanlar çərçivəsində sərt tədbirlər həyata keçirilməlidir. Vətənə xəyanətə görə heç kəs bağışlanıla bilməz.Rauf Mirqədirovun müdafiəsi ilə bağlı Leyla Yunusun açıqlamalarına gəlincə deyə bilərəm ki, bu birmənalı şəkildə Ermənistanın xüsusi xidmət orqanları ilə bağlı məsələdir. L.Yunus uzun illərdən bəri həm Ermənistanın xüsusi xidmət orqanları tərəfindən, həm də işğalçı ölkənin erməni lobbisi tərəfindən müxtəlif qrantlar hesabına maliyyələşdirilir. Bu insan Azərbaycanın dövlət maraqlarını satmaqla, ölkə xalqına xəyanət etməklə öz biznesini qurmada davam edir. Birmənalı olaraq həmin insan bütün dünyada və Azərbaycanda işğalçı Ermənistanın mövqeyini müdafiə edir. Çox təəssüf ki, o, bunu riyakarcasına demokratiya, insan haqları adı altında pərdələməyə çalışır. "Kəkliyin başı kolda amma bütün bədəninin hissələri göründüyü kimi", Leyla Yunusun da başı ermənilərin əlində amma bütün bədəni, vücudu, düşüncəsi ölkəmizə xəyanət etməkdir. Təbii ki, bu da növbəti addımlardan biridir. Əgər Rauf Mirqədirov Ermənistanla "Xalq diplomatiyası" adı altında müəyyən əlaqələrə girirsə və bununla bağlı onlarla bu və ya digər şəkildə danışıqlar aparırsa və ölkəmizin milli maraqlarını Ermənistana satırsa bu vətənətə xəyanətdir. Düşünürəm ki, Leyla Yunus barəsində də hüquq-mühafizə orqanları ölçü götürməli və o, Azərbaycan vətəndaşlığından çıxarılmalıdır".

sia.az

Digər xəbərlər