İsrailin hərbi və siyasi xadimi Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv seçilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, 1999-2001-ci illərdə İsrailin Baş naziri, müxtəlif illərdə bu ölkənin müdafiə, daxili işlər, xarici işlər naziri olmuş və digər vəzifələrdə işləmiş Ehud Barak aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcəkdir. E.Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin I Baş Assambleyasına da qatılacaqdır.
2005-ci ildə İsrailin Ynet xəbər agentliyinin apardığı sorğuda Ehud Barak dünyanın ən nüfuzlu 200 yəhudisindən biri seçilmişdir.
AzərTAc