Bu gün Niderlandın nümayəndə heyəti Azərbaycana səfər edəcək. Niderlandın Azərbaycandakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, 20 nəfərdən ibarət ticarət nümayəndə heyətinə Senator Rene van der Linde başçılıq edəcək.
Səfər zamanı Azərbaycan rəsmiləri ilə yüksək səviyyəli danışıqlar və koorporasiyalar arasında görüşlər keçiriləcək.
sia.az