Rusiya paytaxtı Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, nazirlərin görüşündə bu ilin payızında Həştərxanda keçiriləcək Xəzər sammitinin gündəliyi, proqramı və yekun sənədləri müzakirə olunacaq, 2010-cu ildə Bakıda keçirilən sammitin qərarlarının yerinə yetirilməsi üzrə ekspertlər səviyyəsində görülən işlər təhlil ediləcək.Konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iştirak edirlər. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Azərbaycan XİN başçısı konfrans çərçivəsində çıxış etməklə yanaşı, ikitərəfli görüşlər keçirəcək.
sia.az