PDF Oxu

Siyasət

  • 11

Yavər Camalov Qazaxıstanın müdafiə naziri ilə görüşüb

Yavər Camalov Qazaxıstanın müdafiə naziri ilə görüşüb

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə naziri Serik Axmetovun başçılıq etdiyi nümayəndə heyətilə görüşüb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Y. Camalov nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Səmimi və mehribançılıq şəraitində keçən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev də görüşdə iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti MSN-in bir neçə müəssisəsində olub, istehsal prosesini yaxından izləyib.

sia.az

Digər xəbərlər