PDF Oxu

Siyasət

  • 8

BAMF BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunu qazanıb

BAMF BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunu qazanıb

Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və BMT-ni Azərbaycandakı ofisinin təşkilatçılığı ilə Beynəlxalq Avrasiya Mətbuat Fonduna BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusun verilməsinə dair təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, KİV rəhbərləri və digər qonaqlar iştirak edib. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib ki, BAMF-nın BMT-nin İqtisadi və Sosial Şurasında bu cür yüksək status qazanması Azərbaycanda vətəndaş cəmiyyəti tarixində, ümumiyyətlə Azərbaycanın ictimai-siyasi həyatında mühüm bir hadisədir: "Bu cür status almaq nə qədər böyük iş, əmək və etimad qazanmaq bacarığı tələb edir. Azərbaycan QHT-sinin BMT-də də bu cür yüksək status qazanması çox sevindirici haldır".A.Quliyev əlavə edib ki, statistikaya görə, dünyada 10 milyondan çox QHT, 40 mindən çox beynəlxaq səviyyədə fəaliyyət göstərən QHT var və onlardan yalnız 147-si BMT-nin bu statusunu qazanmışdı və çox qürurverici haldır ki, BAMF 148-ci oldu: "Bu, ümumilikdə Azərbaycan QHT-ləri üçün çox qürurverici haldır. Hesab edirəm ki, hamımız BAMF-nun sədri Umud Rəhimoğlunu ürəkdən təbrik etməliyik. Post-sovet məkanında isə, yalnız Rusiya QHT-ləri bu statusa malik olmuşdu və 2-ci ölkə Azərbaycan oldu. Bu, doğurdan da Azərbaycan vətəndaş cəmiyyətinin qələbəsidir".A.Quliyev vurğulayıb ki, BAMF-nun bu cür uğur qazanmasında dövlətin QHT-lərə göstərdiyi dəstəyin də mühüm rolu olub: "Bu gün Azərbaycanda QHT-lərin fəaliyyəti üçün çox münbit şərait yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyevin QHT-lərə göstərdiyi dəstək artıq öz nəticələrini verir və Azərbaycan QHT-ləri beynəlxalq aləmdə öz yerlərini tuturlar".Şura sədri əlavə edib ki, BAMF digər bir sıra bneynəlxalq təşkilatlarda da Azərbaycanı lazımi səviyyədə təmsil edir: "Bu gün biz BAMF-nu beynəlxalq QHT hesab edə bilərik və bu təşkilata müxtəlif beynəlxalq layihələr həvalə edə bilərik". BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk isə bildirib ki, BAMF-nin BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusu qazanması Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına və digər sahələrin inkişafı üçün əlverişli mühit yaradacaq.A.Brukun sözlərinə görə, BAMF bu statusu qazanmaqla həm şərəfli həm, də məsuliyyətli bir vəzifəni öz üzərinə götürüb: "İnanıram ki, BAMF bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verəcək. Çünki bizim əməkdaşlıq edə biləcəyimiz sahələr genişdir".Daha sonra çıxış edən Azərbaycan Milli Məclisinin Hüquq qiyasəti komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, BMAF-nun bu statusu qazanması yalnız BAMF-nun yox, bütövlükdə Azərbaycan vətəndaş cəmiyyətinin uğurudur: "Qanunvericilik müzakirələri, qanunlara əlavə və dəyişiklər zamanı ən ciddi tənqidləri, təklif və təkidləri QHT-lərdən eşitmişəm. Bir sıra hallarda bu, bizi güzəştlərə getməyə məcbur edir. Amma biz bunu məmnuniyyətlə edirik, çünki hamımız anlayırıq ki, hüquqi və demokratik dövlətdə vətəndaş cəmiyyətinin əvəzsiz rolu var".Ə.Hüseyinli bildirib ki, dövlət orqanlarının da QHT-lərin, mətbuatın qaldırdığı məsələlərə adekvat və çevik reaksiya verməsi bu gün ölkəmizin sabit inkişafına gətirib çıxarıb: "Məhz bunun nəticəsidir ki, qonşu ölkələrdə müşahidə edilən siyasi kataklizmlər Azərbaycanda hiss edilmir".Komitə sədri vurğulayıb ki, BAMF-un BMT-də bu cür yüksək statusa nail olması həm də beynəlxalq təşkilatla necə əməkdaşlıq etməyin nümunəsini göstərir: "Bizim QHT qanunvericiliyinə etdiyimiz dəyişiklər həm yerli, həm də büynəlxalq donor təşkilatlarla şəffaf əməkdaşlıq etməyə əsaslar yaradıb. BAMF-da bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəaliyyət göstərən şəffaf bir təşkilatdır və bu, digər digər təşkilatlar üçün də bir nümunədir".Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov da BAMF-nun belə bir yüksək status əldə etməsinin çox qürurverici hal olduğunu diqqətə çatdırıb: "Əgər ümumiləşdirmə aparsaq, hər bir vətəndaş cəmiyəti təşkilatının nüfuz qazanmasının iki xüsusiyyətini görərik. Biri həmin QHT-nin ölkə daxilində əldə etdiyi uğurlardır, onun ölkə daxilində həyata keçirdiyi layihələr, ikincisi isə QHT-lərin beynəlxalq təşkilatlarda təmsil olunması məsələsidir. Ona görə də, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəaliyyət quran QHT böyük uğur və nüfuz qazanır".V.Səlimov bildirib ki, bu baxımdan, BAMF hər iki sahədə öz fəaliyyətini quran QHT-dir və bu sahədə əldə etdiyi uğurlar onun BMT-də yüksək məşvərətçi status əldə etməsində böyük rolu olub: "BAMF-nun uğuru həm ölkə daxilində vətəndaş cəmiyyəti institutları tərəfindən, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir ki, ona bu cür yüksək status verilib. Sonda çıxış edən BAMF-nun rəhbəri Umud Rəhimoğlu qeyd edib ki, bu status təkcə BAMF-nun yox, bütövlükdə Azərbaycan vətəndaş cəmiyyəyinin qazanmış olduğu bir statusdur: "Bu statusun qazanılması bizim təşkilat tərəfindən çox gərgin səylər göstərildikdən, mübarizə aparıldıqdan sonra mümkün olub. Təşkilatımız fəaliyyətə başladığı gündən biz BMT agentlikləri, beynəlxalq qurumlarla əməkdaşlığa həmişə can atmışıq. Bu gün dünyanın elə bir qurumu yoxdur ki, biz onlarla sıx təmasda olmayaq".U.Rəhimoğlu qeyd edib ki, bu status bir çox üstünlüklər verir: "Bu status bizə əhəmiyyəti beynəlxalq layihələrdə iştirak etmək, ölkəmiz haqqında daha geniş informasiyaları yaymaq, BMT-nin gündəliyinə ölkəmizlə bağlı məsələləri salmaq və bu məsələrlə bağlı müəyyən tədbirlərin keçirilməsinə nail olmaq və digər imkanlar verir".Tədbirin sonunda Beynəlxalq Avrasiya Mətbuat Fonduna Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mükafatı təqdim olunub.

sia.az

Digər xəbərlər