"Ermənistanda səfalət, aclıq höküm sürdüyü bir zamanda Leyla Yunusun Ermənistanı demokratik ölkə adlandırmasını birmənalı qarşılamıram"-deyə qeyd edən millət vəkili onu da bildirib ki, hər gün iğtişaşların yaşandığı bir ölkəni necə demokratik adlandıra bilər? Özünü Azərbaycan vətəndaşı hesab edən heç bir şəxs bu cür yanaşmadan çıxış etməz: "Biz də öz növbəmizdə Qeyri Hökümət Təşkilatı olaraq müxtəlif mövzularda dəyirmi masalar keçiririk, fikir mübadiləsi aparırıq. Bu gün mətbuatda açıq şəkildə fikirlərimizi ifadə ediriksə bu özü demokrtiya göstərici deyilmi? İstər müxalifət təmsilçiləri, istərsə də iqtidar öz sözünü deyə bilir. Leyla Yunus anarxiya istəyirsə, bu mümükün deyil. Çünki Azərbaycan hüquqi dövlətdir. Hər kəsə sərbəst fikirlərini ifadə etməyə şərait yaradılır amma bu fikirlər qanunla müəyyən edilmiş normalarla olmalıdır. Heç bir halda dövlətlərarası, millətlərarası münasibətləri qızışdırmaq olmaz. Normal şəkildə tənqidi fikrini ifadə etmək istəyirsənsə, buyur, meydan açıqdır".Çingiz Qənizadə onu da vurğulayıb ki, Leyla Yunus ölkəmizdə yaşayaraq ermənilərə olan sevgisini ifadə edə bilirsə, istədiyi ölkələrə rahat şəkildə gedib-gələ bilirsə deməli Azərbaycan haqqında söylədiyi fikirlərini təkzib etmiş olur: "Belə ki, Azərbaycan demokratik ölkə olmasaydı, o fikrini azad ifadə edə bilməzdi".
sia.az