PDF Oxu

Siyasət

  • 12

Sahib Alıyev: "Azərbaycanın bütün uğurlarına görə, Ümummilli lider Heydər Əliyevə borcluyuq"

Sahib Alıyev: "Azərbaycanın bütün uğurlarına görə, Ümummilli lider Heydər Əliyevə borcluyuq"

"Azərbaycan göstərdi ki, rəhbər müdrik olarsa, ən kəskin maraqları belə əməkdaşlıq müstəvisinə yönəldə bilər"

"Azərbaycanın çətin dövrdə, mürəkkəb bir şəraitdə müstəqilliyini gücləndirməsi, nüfuzunu artırması, dövlətimizin mövqeləri ilə daha çox dövlətlərin razılaşması, ölkəmizin türk dünyasında önəmliliyi bütünlüklə Ulu öndər Heydər Əliyevin qurduğu xarici siyasət strategiyasının nəticəsidir". Bu fikirləri SİA-ya açıqlmasında Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Sahib Alıyev deyib.Millət vəkili Azərbaycanın xarici siyasət strategiyasının məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qüsursuz işlənib hazırlandırğını bildirib: "Ukraynada böyük güclərin üz-üzə gəlməsini, bu böyük ölkənin poliqona çevrilməsini Azərbaycandakı vəziyyətlə müqayisə edəndə, Ümummilli liderin böyüklüyü, Onun xarici siyasət strategiyasını nə dərəcədə dəqiq düşünüb hazırladığı, bu siyasətin Azərbaycanın maraqlarına nə dərəcədə cavab verdiyi açıq şəkildə özünü göstərir. Əgər Ulu öndərin xarici siyasət strategiyası olmasaydı, Azərbaycan çoxdan Ukraynanın aqibətini yaşayacaqdı".S.Alıyevin sözlərinə görə, Dahi liderimiz Qafqazada maraqları olan böyük dövlətlərlə münasibətləri elə səviyyəyə çatdırdı ki, Azərbaycan onlar üçün qarşıdurma yox, ancaq əməkdaşlıq platforması kimi qəbul olundu: ""Əsrin müqaviləsi" də bunun faktiki göstəricisi idi ki, burada həm Qərb, həm Rusiya şirkətləri yer aldı. Bu siyasətlə Azərbaycan göstərdi ki, rəhbər müdrik olarsa, ən kəskin maraqları belə əməkdaşlıq müstəvisinə yönəldə bilər. Azərbaycanın bütün uğurlarına görə, Ümummilli lider Heydər Əliyevə borcluyuq. Ölkəmizə tənqidi yanaşanların fikirlərinə belə diqqət yetirsəniz Azərbaycanın yürütdüyü xarici siyasətlə bağlı zərrə qədər tənqidi fikirlərə rast gəlmək olmur. Maraqları 180 dərəcə üst-üstə düşməyən dövlətlərin rəsmi təmsilçilərinin və ekspertlərinin qiymətləndirmələrinə baxsanız, görərsiniz ki, hamısı eynidir. Azərbaycanın yeritdiyi xarici siyasətdə zərrə qədər yanlışlığa yol verilməyib. Ulu öndərin hazırladığı bu xarici siyasət strategiyası hazırda uğurla davam etdirilir".

sia.az

Digər xəbərlər