PDF Oxu

Siyasət

  • 4

Zahid Oruc: "Soyqırımı "siyasi biznes layihəsi" olduğundan, ermənilər bundan imtina etməzlər"

Zahid Oruc: "Soyqırımı "siyasi biznes layihəsi" olduğundan, ermənilər bundan imtina etməzlər"

"Bildiyiniz kimi, qondarma erməni soyqırımı məsələsi uzun illərdir ki, Ermənistanın yaşam ideologiyasını, siyasi varlığını qoruması üçün mühüm prinsipi, eləcə də həyata baxışının əsas özülünü təşkil edir. Ermənilər həmçinin soyqırımı məsələsini beynəlxalq münasibətlər sisteminə təhkim edə biliblər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc gələn il qondarma erməni soyqırımının 100-cü ildönümü ilə bağlı danışarkən deyib.O bildirib ki, əgər Fransa Türkiyə ilə hər hansı bir məsələdə danışıqlar aparsa, o zaman dərhal soyqırımı məsələsi yada düşür: "Bütövlükdə, Avropa dövlətlərinin bir çoxu soyqırımı məsələsini özlərinin xarici siyasətində istismar alətinə çevirən qüvvələr də çoxdur. Daxildə isə erməni xalqının başında olan qüvvələr guya ki, öz millətinə hər hansı siyasi gələcək formalaşdırır və bu zəminində tarixin girovluğunda özlərini aparırlar. Onlar həm də vətəndaşların şüuruna təsir edən amillərdən istifadə edirlər"."Yəqin ki, 2015-ci ildə ermənilər soyqırımın 100 illiyi ilə bağlı "dünya ağlaşması günü" quracaqlar. Beynəlxalq məkanda erməni səsindən qulaq tutulacaq. Təbii ki, bununla da bir neçə istiqamətdə özlərinə fayda verəcək nəticələr əldə etmək istəyəcəklər. İlk növbədə onlar bunu dövlət quruculuğunun mühüm alətinə çevirəcəklər. Düşünürlər ki, nə qədər soyqırımla bağlı danışsalar o qədər də dövlətləri güclü olacaq. Xarici aləm də guya onlara rəhm edəcəklər. İkincisi isə müxtəlif telekörpülər, aksiyalar zəminində ermənilər özlərini maddi cəhətdən ayaqda saxlamış olacaq. Ümumiyyətlə, soyqırımı siyasi biznes layihəsidir. Ona görə də ermənilər bundan imtina etməzlər. Baş verənləri nəzərə alaraq Azərbaycan Türk dünyası ilə əməkdaşlığı daha da genişləndirməlidir. Xüsusi ilə gələn il üçün iki ölkə arasındakı əlaqələrə xüsusi ehtiyac duyulacaq. Çünki məsələlərin məğzini təqdim etmək və gerçəkləri dünyaya çatdırmaq üçün kifayət qədər imkanlar mövcuddur. Hər iki xalqın xarici aləmlə işləməsinin geniş təcrübəsi formalaşıb. Hesab edirəm ki, bu istiqamətdə addımlarımızı bundan sonra genişləndirməliyik".

sia.az

Digər xəbərlər