Bu gün Azərbaycanda səfərdə olan İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı ölkə arasında maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqda qarşı tərəfə ətraflı məlumat verib və Azərbaycanın münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin tərəfdarı olduğunu qeyd edib.İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo ölkəmizə səfərindən məmnun olduğunu bildirib və ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.Qeyd edək ki, görüşün ardından KİV üçün mətbuat konfransı keçiriləcək.
sia.az