"Ukraynada baş verən hadisələr bir daha Azərbaycanın enerji resursrlarının əhəmiyyətini diqqətə çatdırdı". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar deyib.Onun sözlərinə görə, Azərbaycanın digər ölkələrlə, xüsusilə ABŞ-la enerji resursları sahəsində əməkdaşlıq etməsi mühüm məsələdir: "Çünki enerji resursları Avropa və digər ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Ötən il TAP, xüsusilə Şahdəniz-2 layihəsi ilə bağlı yekun qərarın verilməsi "Cənub qaz dəhlisi" layihəsi ilə bağlı xeyli irəliləyişin əldə olunmasına şərait yaratdı. ABŞ Azərbaycan və digər ölkələrlə öz işini davam etdirəcək ki, Şahdəniz-2 layihəsi daha da inkişaf etsin".Səfir Obama administarsiyasının Avropaya lazımı maye qazın verilməsinə dəstək göstərməsinə də aydınlıq gətirib: "ABŞ-ın Avropaya qaz ixrac etməsi Azərbaycanın Avropaya etdiyi mavi yanacaq ixracatına heç bir mənfi təsir göstərməyəcək. Çünki ABŞ-dan, Azərbaycandan və digər mənbələrdən daha çox mavi yanacaq ixracı Avropanın qazla təchizatını daha da etibarlı edəcək".
sia.az