PDF Oxu

Siyasət

  • 10

Bakıda I Xəzər Enerji Forumu başlayıb

Bakıda I Xəzər Enerji Forumu başlayıb

"Hazırda Xəzər regionundakı resurslarının 1,4%-i istehlak olunur . Burada mövcud olan qaz ehtiyatları dünyanın qaz ehtiyatlarının 7-11%, neft ehtiyatları isə 4-6%-ni təşkil edir". SİA xəbər verir ki, bu gün Bakıda keçirilən I Xəzər Enerji Forumunda çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev belə deyib.Onun sözlərinə görə, Xəzər regionun ixrac potensialı kifayət qədədir: "Dünyanı çox ciddi narahat edən problemlərdən biri enerji problemidir. Bu problemin aradan qaldırılması üçün dünyanın böyük dövlətləri çarələr axtarmağa başlayıb. Xəzər regionunda 2035-ci ilə qədər enerji ehtiyatları var və burada yeni kəşflər də gözlənilir. Yeni neft-qaz ehtiyatlarının kəşfi sahəsində 2035 ilə qədər ehtiyatların 2 dəfə artımı gözlənilir. Nəticədə ölkəmizin əhəmiyyəti artacaq və bu ölkəmizin gələcəyi naminə istifadə olunacaq".Son 5 ildə Azərbaycanın enerji gücünün 30% yeniləndiyini deyən nazir qeyd edib ki, Azərbaycan öz enerji problemlərini həll etməklə yanaşı xaricə də enerji ixrac edir. Natiq Əliyev bildirib ki, enerji resursları istehsal edən ölkə həmişə neft və qaz məhsullarını ucuz qiymətə ixrac edir. Avropa İttifaqı bu sahədə olan problemlərin həlli yollarını tapmaq üçün təklif etdi ki, yeni enerji mənbələri axtarıb tapmaq lazımdır. Bu mənbə isə Xəzər regionudur. Bu bölgə Avropa İttifaqı ilə sıx əlaqədə işləyir. Azərbaycan dövlətinin iqtisadi siyasətini nəticəsində Xəzərdən Şərqi Avropaya qədər yeni enerji dəhlizi formalaşmağa başlayıb. Bu dəhlizə isə 50 milyard dollarlıq sərmayənin qoyulması nəzərdə tutulub. Bununla əlaqədar nəhəng layihələr həyata keçiriləcək. Bunun üçündə prezident İlham Əliyev İqtisadi komissiya yaradıb və həmin komissiya artıq fəaliyyətə başlayıb".

sia.az

Digər xəbərlər