PDF Oxu

Siyasət

  • 7

Müdafiə sənayesi sahəsində yeni standartlar tətbiq ediləcək

Müdafiə sənayesi sahəsində yeni standartlar tətbiq ediləcək

Azərbaycan müdafiə sənayesi məhsullarına dair dövlətlərarası standartların yenilənməsi məsələsini nəzərdən keçirir. SİA-nın xəbərinə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Sertifikatlaşdırma və Standartlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev deyib.Onun sözlərinə görə, Azərbaycanda müdafiə sənayesi sahəsində yeni standartların tətbiqi yaxın iki il ərzində gözlənilir: "Müdafiə sənayesi sahəsində "məxfi" qrifi altında silahlara aid olan standartlar mövcuddur. Həmin standartlar hazırda MDB ölkələrində tətbiq edilir. Bu standartların yeniləşməsi ilə bağlı iclas keçiriləcək. İclasda Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistanın müdafiə və müdafiə sənayesi nazirliklərinin nümayəndələri iştirak edəcəklər. MDB çərçivəsində bu ölkələr müdafiə sənayesində silah və sursatlarla bağlı vahid standartların tətbiqi sahəsində əməkdaşlıq edirlər".

sia.az

Digər xəbərlər