Qələndər Muxtarlı: "Passivlik üzvlərimizə sirayət edib"
Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) parçalanmış qanadları ayrı-ayrılıqda qurultay keçirəcək. SİA-nın məlumatına görə, partiyanın bir qanadına İsgəndər Həmidov, digər qanadına isə təşkilatdan xaric edilmiş Qələndər Muxtarlı rəhbərlik edir. Məsələ ilə bağlı münasibətini bildirən Qələndər Muxtarlının fikrincə, onun rəhbərlik etdiyi qanad qurultay keçirmək üçün heç bir problem yaşamır."Hazırlıq tam qaydasında və planlaşdırdığımız qrafiklə gedir" -deyə, qeyd edən Muxtarlı onu da inkar etməyib ki, müxalifət hazırda ciddi durğunluq yaşayır: "Bu passivlik bizim bir çox üzvlərimizə də sirayət etməmiş deyil. Partiya daxilində bəzi adamlar İsgəndər Həmidovla aramızı vurur. Onların partiyanın parçalanmasında müstəsna xidmətləri olub".Xatırladaq ki, ötən ilin sonlarından başlayaraq, AMDP faktiki olaraq iki yerə parçalanıb. İsgəndər Həmidov yenidən partiyaya təşkilat komitəsinin sədri qismində qayırdıqdan sonra, partiyanın sədri olmuş Qələndər Muxtarlı öz qruplaşması ilə ayrıca fəaliyyət göstərməyə başlayıb.
sia.az