Nizami rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında və 220 saylı orta məktəbin lektoriya zallarında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə rayonun orta məktəblərinin XI sinif şagirdləri üçün "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur", "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında dərslər davam etdirilir.Aprelin 8, 9, 15 və 22-də keçirilən açıq dərslərdə 214, 242, 210, 277, 312, 328, 201, 210, 10, 220, 272, 32, 227, 229, 251, 145, 242, 61 saylı orta məktəblərindən, Zəngi və Kimya-biologiya litseyləri, həmçinin, Füzuli, Zəngilan, Ağdam, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının təhsil müəssisələrindən ümumilikdə 1535 nəfər XI sinif şagirdi iştirak edib.Rayonun hazırlıq səviyyəsinə görə, fərqlənən tarix müəllimləri tərəfindən keçirilən dərslərdə şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib, həmçinin Ümummilli liderin şərəfli ömür yolunu əks etdirən sənədli film göstərilib.Bundan əlavə, şagirdlər Ulu öndərin həyat və fəaliyyətinin, o cümlədən Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillərlə, dahi şəxsiyyət haqqında yazılmış kitablardan ibarət guşə ilə də tanış olublar.
sia.az