Bir dildə yox, iki dildə yox, düz doqquz dildə ermənilərə başsağlığı verdi Rəcəb Tayyib Ərdoğan. Yüz illik türk mövqeyinə zərbə vurdu, Hrant Dinkin ruhunu şad elədi. Bir neçə il əvvəl Türkiyədə erməni jurnalist Hrant Dink öldürülmüşdü. Heç yadımdan çıxmaz, Ərdoğan Hrant Dinkin evinə gedib orada necə ağlayırdısa, adamın doğma dədəsi öləndə heç belə ağlamır. Ondan sonra özümə söz verdim ki, kim ölür ölsün, daha ağlamayacam, göz yaşını da bu qədər ucuzlaşdırmaq olmaz axı.
Elə ermənilərə də Ərdoğanın bu başsağlığı lazım idi, bundan sonra ermənilərin tütəyi bir az da uzanacaq, bu tütəyi dürtmək üçün daha başqa deşik yox, ermənilər elə Türkiyənin bir yerində deşik axtarıb ora dürtəcəklər. Ərdoğanın erməni xalqına, guya qohumları soyqırımında öldürülən ermənilərə başsağlığı verməsinin üstündən cəmi bir gün keçib, amma bu bir gün ərzində ermənilər nələr etdilər?
Əvvəla, Ankarada fəaliyyət göstərən Erməni kültür dərnəyi" şirniklənib, özündə daha böyük cəsarət tapıb tələb etdi ki, indi də Türkiyə Ermənistandan üzr istəməlidir. Bu, bir rüsvayçılıq. Daha sonra, Malayziyanın səkkiz dəfə ərə gedib boşanan dul arvadlarına oxşayan (orada səkkiz ərə getmə adətdir) Ermənistan prezidenti Serjik Sarqsyan ürəklənib Ərdoğanın başsağlığına münasibət bildirdi, bağlı qalan Türkiyə-Ermənistan sərhədlərindən danışdı, zalım oğlunun gözündən sevinc yağırdı. Bu, bir biabırçlıq.
Bunun ardınca, dünyada fəaliyyət göstərən erməni lobbi təşkilatları, erməni başbilənlərinin hamısı bəyanatlar verib, aprelin 24-nə olan tədbirlərini daha da genişləndirdilər və bu vaxta qədər müraciət etmədikləri dövlətlərin qarşısında tələb qoydular ki, erməni soyqırımını siz də tanıyın. Bu, bir xəcalət. Ən böyük rəzalət isə o oldu ki, dünyanın ermənipərəst böyük dövlətləri Ərdoğanın başsağlığından sonra bəyan etdilər ki, Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanı dəstəkləyirik və Türkiyənin yeni prezidenti o olmalıdır. Amma mənim Ərdoğana bir neçə sualım var: "Ərdoğan qağa, bəlkə sənə elə bu lazım idi ki, prezident seçkisi ərəfəsində ermənilərə başsağlığı verməklə özünə beynəlxaq imic qazanasan? Dünyanın ermənipərəst böyük dövlətlərindən dəstək almaq üçünmü bu addımı atdın? Əgər belə deyilsə, bu vaxta qədər öz səhvlərinə görə belə, üzr istəməyi bacarmayan Ərdoğan nə üçün bu boyda millətin adından başsağlığı verdi? Ərdoğan abi, üstündən 22 il keçən Xocalı faciəsi haqqında niyə bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində bir qətnamə qəbul olunmayıb? Ərdoğan abi, Ermənistanla sərhədləri açmamağın, Azərbaycanın mövqeyini dəstəkləməkdən daha çox, öz şəxsi maraqlarına, prezdent seçkilərində gələcəkdə ermənilərdən dəstək almağa hesablanmayıbmı? Ərdoğan abi, nə üçün son bir neçə ayda onlarla türk mehmteçikinin şəhid olduğu Türkiyənin cənub-şərqində PKK terrorçularını məhv etmək üçün bir əməliyyat belə keçirməyə cəhd etmirsən? Bəlkə PKK-nın bütün dünyadakı möhkəm dayaqlarındandamı prezident seçkilərində dəstək almaq istəyirsən? Ərdoğan abi, niyə CHP və MHP-yə düşmən, amma əksəriyyəti ermənilərdən ibarət olan, Türkiyəni parçalamağa çalışan BDP-yə isə qardaş kimi baxırsan? Pullarını verirsən, könüllərini alırsan, ailəvi dostluq edirsən, niyə? Ərdoğan abi, deyə bilərsənmi ki, başçılıq etdiyin ölkədə yoxsulluğun səviyyəsi niyə 55 faizdir? Nə üçün imkansızlıqdan can qurtarmaq üçün türk qadınlarını məcbur edirsən ki, özünü satsın?"
Bütün bunların səbəblərini çoxu bilir, hər şeyə dözmək olardı, amma Ərdoğanın yeni dombalan erməni sevgisinə yox.
SAMİR
P.S. Ərdoğanın başsağlığı ermənilərin qələbəsi oldu. Və biz də gördük ki, 91 ilin hərbi dövlətini min bir hoqqalarla siyasi dövlətə çevirmək istəyən Ərdoğanı türk xalqı ƏR doğmayıbmış. Heyif...