YAP Ağdam rayon təşkilatı rayon gənclər və idman idarəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı tədbir keçirib. İlk öncə tədbir iştirakçıları rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
İdarə, müəssisə rəhbərləri, kənd və qəsəbələrini təmsil edən nümayəndələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verərək, Azərbaycan Respublikasının bir dövlət kimi bugünkü mövcudluğunun 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə bağlı olduğunu xüsusilə qeyd edib. Rayon təşkilatının sədri 2003-cü ildən Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyasının uğurla davam etdirildiyi və dövrün tələbləri baxımından inkişaf etdirilərək, ölkəmizin bütün sahələrində möhtəşəm nailiyyətlər əldə olunduğunu vurğulayıb.
Ağdam rayon gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov Ulu Öndər Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yolundan danışaraq yenicə müsdəqillik qazanmış Azərbaycanın çox çətin bir vəziyyətdə olduğunu vurğulayıb: "Həmin dövrdə hakimiyyətdə olan qüvvələr isə ölkəni fəlakətə sürükləyirdi. Ancaq dahi siyasətçi Heydər Əliyev ölkənin düşdüyü bu vəziyyətə seyrci qala bilməzdi. Məhz bunun nəticəsi olaraq xalqın israrı ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər ölkəni düşdüyü bu uçurumdan xilas etdi". E.Əhmədov Ulu Öndərin ölkə idmanına da gösdərdiyi diqqət və qayğıdan da danışaraq bildirib ki, bu gün bu uğurlu siyasətin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev son 10 ildə Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində yüksək nailiyyətlərə imza atıb.
Tədbirdə Ağdam RİH başçısının müavini Ağa Zeynalov əvəzolunmaz şəxsiyyət Heydər Əliyevin geniş biliyə malik olmasını, xalqına hədsiz məhəbbətini və insanlara daim xeyirxahlıq hissi ilə yanaşmasını dərin məhəbbətlə xatırladıb. Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasını, ölkə başçısı Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini və daim ağdamlılar tərəfindən də dəstəkləndiyini qeyd edib. Eyni zamanda bildiribdir ki, bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xeyirxahlığı, insanpərvərliyi Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ölkə başçısı Cənab İlham Əliyevin ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ problemi ilə bağlı apardığı qətiyyətli və prinsipial siyasətin tezliklə bəhrə verəcəyinə, qaçqın və məcburi köçkün düşmüş biz ağdamlılar tam əminik".
Sonda rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən və fərqlənən şəxslərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.
ÜLVİ