PDF Oxu

Siyasət

  • 14

YAP Tərtər rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı tədbir keçirib

YAP Tərtər rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı tədbir keçirib

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının növbəti yığıncağı keçirilib. Tədbirdə rayon təşkilatının şura üzvləri, rayon təşkilatının gənclər birliyi, qadınlar şurası üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, idarə, müəssisə, təşkilatlarda çalışan fəal partiya üzvləri və rayon qəzetinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Ramiz Şabanov Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən geniş məruzə ilə çıxış edib. R.Şabanov bildirib ki, illər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq: "Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir".

R.Şabanov, həmçinin vurğulayıb ki, müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın: "Bütövlükdə isə Heydər Əliyev epoxası yüksəliş epoxasıdır. İqtisadiyyatdan başlamış mədəniyyətə qədər müxtəlif sahələrdə yüksəliş epoxası. Təkcə sovet hakimiyyəti illərində Onun göstərdiyi məqsədyönlü fəaliyyət böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. Hazırda hamımızın obyektiv olaraq Azərbaycanda müasir intibah dövrü kimi qiymətləndirdiyi 1970-1980-ci illər o vaxta qədər xalqın qəlbində və ən ülvi niyyətlərində illərlə gizli qalan milli ideyanın, azadlıq və müstəqillik, suveren Azərbaycan dövləti ideyasının dirçəldilməsi, onun ideya-mənəvi özəyinin və gələcək milli azadlıq hərəkatının hərəkətverici qüvvəsi səviyyəsinə yüksəlməsi üçün əlverişli zəmin yaratdı. Məhz bu dövrdə Heydər Əliyev öz misilsiz fəaliyyəti ilə Azərbaycanın uzunmüddətli iqtisadi, mədəni-mənəvi firavanlığının əsasını qoydu".

Tədbirdə Sarov kənd kitabxanasının müdiri Əfruz Babayeva, şəhər 3 saylı ümumi orta məktəbinin direktoru Ləman Qasımova, rayon təhsil şöbəsinin müdir müavini Ağa Ələsgərov, rayon təşkilatının şura üzvü Rüfət Qasımov, "Yeni Tərtər" rayon qəzetinin redaktoru Tofiq Yusif, rayon təşkilatı idarə heyətinin üzvü, rayon səhiyyə şöbəsi baş həkiminin müavini Mətanət Hüseynzadə və başqaları çıxış edhərək bildirdilər ki, bu gün Ulu Öndər Heydər Əliyev xalqımıza güclü, demokratik və beynəlxalq aləmdə tanınan müstəqil Azərbaycan bəxş edib. Bütün Azərbaycan xalqı, o cümlədən tərtərlilər Ulu Öndərin xatirəsini daim uca tutur, Onun yaratdığı partiyaya inanır və göstərdiyi yolla gedirlər.

Ü.ƏSGƏROV

Digər xəbərlər