PDF Oxu

Siyasət

  • 8

Prezident İlham Əliyev Çexiyada bir sıra işgüzar görüşlər keçirib

Prezident İlham Əliyev Çexiyada bir sıra işgüzar görüşlər keçirib

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Praqada Moldova Respublikasının Prezidenti Nikolae Timofti ilə görüşüb. Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulandı, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd edildi. Söhbət zamanı Avropa İttifaqı ilə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Həmin gün Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin görüşü olub.

Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı və bu əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd edildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edildi.

Polşa Prezidenti Bronislav Komorovski dövlətimizin başçısını ölkəsinə səfərə dəvət etdi. Dünən həmçinin Prezident İlham Əliyev aprelin 24-də Praqada Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından razılıq bildirildi, yüksək səviyyəli regional əməkdaşlığın bu əlaqələrə töhfə verdiyi qeyd olundu. Enerji sahəsində əməkdaşlığın uğurlu olduğu vurğulandı. Azərbaycan ilə Gürcüstan arasında turizm, mədəniyyət, təhsil, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edildi. Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də eyni zamanda Praqada Çex Respublikasının Prezidenti Miloş Zeman ilə də görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. "Şərq tərəfdaşlığı" Proqramının Praqada keçirilən Sammitində səmərəli müzakirələrin aparıldığı qeyd edildi. Söhbət zamanı Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyanın işinin gücləndirilməsinin, Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulandı.

Digər xəbərlər