PDF Oxu

Siyasət

  • 9

Novruz Məmmədov: Prezident İlham Əliyev Sarkisyanın Şərq Tərəfdaşlığı sammitində qondarma "soyqırım"la bağlı sərsəm mülahizələrinə cavab verdi

Novruz Məmmədov: Prezident İlham Əliyev Sarkisyanın Şərq Tərəfdaşlığı sammitində qondarma "soyqırım"la bağlı sərsəm mülahizələrinə cavab verdi

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan Prezidenti Serj Sarkisyanın Şərq Tərəfdaşlığı sammitindəki çıxışına öz Twitter səhifəsində münasibət bildirib./Trend/

N.Məmmədov deyib: "Şərq Tərəfdaşlığı sammitində Sarkisyan bütün çıxışını qondarma "soyqırım"la bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr etdi".

PA rəsmisinin yazdığına görə, S.Sarkisyanın çıxışından sonra Azərbaycan Prezidenti İlham Əliyev ona cavabında bildirib: "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!"

yap.org.az

Digər xəbərlər