Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaşlar H.Cəfərovun və G.Qəhrəmanovanın məhkəmə aktlarından verdiyi şikayətlərə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Şikayətlərə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq mayın 22-nə və 27-nə təyin edilmiş iclaslarında baxılacaqdır.
AzərTAc