PDF Oxu

Siyasət

  • 15

“Excelsior Hotel Baku” otelində təlim keçirilib

“Excelsior Hotel Baku” otelində təlim keçirilib

26 aprel 2014-cü il tarixində "Excelsior Hotel Baku" otelinin "Əlincə" zalında marketinq, satış və ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirilib. Ali məktəblərin yuxarı kurs tələbələri üçün təşkil edilmiş təlim "Excelsior Hotel Baku" otelinin Marketinq və Satış Departamentinin Direktoru Damla Bayık və AtaHolding ASC-nin Kommunikasiyalar Şöbəsinin rəisi Dilarə Zamanova tərəfindən keçirilib.

Təlim əsnasında Damla xanım iştirakçıları marketinqin və satış növlərinin strategiyası və həyata keçirilməsinə dair əsas prinsiplər ilə tanış edib. Dilarə Zamanova öz növbəsində şirkətin müsbət nüfuzunun effektiv İctimaiyyətlə Əlaqələr işinin qurulması əsasında təmin edilməsi üzrə əsas metod və texnologiyalardan, PR menecerin hansı xüsusiyyətlərə malik olmalı olduğundan bəhs edib.

Aksiya "AtaHolding" şirkətinin Korporativ Sosial Məsuliyyəti çərçivəsində təşkil edilib.

Qeyd edək ki, 2003-cü ildə fəaliyyətə başlamış "AtaHoldinq" ASC maliyyə və intellektual resursların idarə edilməsi, korporativ idarəetmə kimi iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyur. Şirkətin biznes istiqaməti əsasən Azərbaycanda maliyyə, informasiya texnologiyaları, sənaye, xidmət və turizm sahələrinin inkişafına yönəlib.

sia.az

Digər xəbərlər