"Azərbaycan 2020-ci illə bağlı inkişaf konsepsiyası çox mühümdür bir sənəddir". SİA-nın xəbərinə görə, bu sözləri Finlandiyanın sabiq prezidenti Tarya Haloneni Bakıda keçirilən beynəlxalq forumda çıxış edərkən deyib.
Onun sözlərinə görə, ölkənin davamlı inkişafını təmin etmək üçün müxtəlif ölkələr də bu nümunədən istifadə edə bilərlər: "Gənclər üçün iş yeri təmin edilməli, təhsil ən vacib mexanizmlərdən biri olmalıdır. Biz əldə etdiyimiz təcrübə ilə öyünə bilmərik, daha çox çalışmalıyıq. Həm də qadınlar və kişilər üçün əmək fəaliyyəti ilə məşğul olmaq baxımından bərabər imkanlar təmin edilməlidir. Ana və uşaqların da hüquqlarını yaddan çıxarmalı deyilik. BMT tərəfindən ailənin planlaşdırılması və qadınların hüquqlarının təmin edilməsi mühüm məsələ kimi qoyulub".
Sabiq prezident Azərbaycanda qadınlara verilən hüuqulardan danışıb. O vurğulayıb ki, Azərbaycan hələ 1918-ci ildə qadınlara geniş hüquqlar verib: "Biz Azərbaycanın bundan sonra da bu məsələyə diqqət yetirəcəyinə inanırıq".
Finlandiyanın sabiq prezidenti neft və qaz sektoru sayəsində Azərbaycanın iqtisadi inkişafı üçün böyük imkanlar yarandığını deyib: "İqlim dəyişikliyi ilə bağlı hökumətlərarası bir qurum yaradıla bilər. Enerjidən qənaətlə istifadə üçün addımlar atılmalıdır. Ətraf mühitə ziyan vurmayan texnologiyalar tətbiq olunmalıdır".
sia.az