PDF Oxu

Siyasət

  • 14

Fazil Mustafa: "Türkiyənin bu addımı çox ciddi siyasi səhvdir"

Fazil Mustafa: "Türkiyənin bu addımı çox ciddi siyasi səhvdir"

Xəbər verdiyimiz kimi, Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə tikilən abidənin üzərində yazılan "soyqırımı" sözü pozulub və "qətliam" sözü yazılıb. Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) isə "Rəsmi Ankara Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində addımlar atır və erməniləri incitmək istəmir" - deyə, açıqlma verib.Bununla bağlı Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü Fazil Mustafa fikirlərini bildirib. Millət vəkili SİA-ya açıqlmasında qardaş ölkənin bu addımının başadüşülən olmadığını qeyd edib: "Bu, bütün hallarda yanlış addımdır. Xocalıda baş verənlərin soyqrımı kimi tanınması həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına uyğun siyasətdir. Baş verənlər çox ciddi narahatçılıq doğuran amildir. Bu məsələyə Türkiyə hakimiyyəti tərəfindən rəsmi münasibət bildirilməlidir".F. Mustafa Türkiyə XİN-nin məlum açıqlamasını da şərh edib: "Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlaması da siyasi cəhətdən yersiz və uyğunsuzdur. Türkiyədə yaşayan ermənilər baş vermiş Xocalı soyqırımının məsuliyyətini daşımırlar ki! Mədəni erməni vəhşi erməniyə görə məsuliyyət daşımır ki, Türkiyədə yaşayan ermənilərin etirazına görə belə addım atılsın! Türkiyənin bu addımı çox ciddi siyasi səhvdir. Bu səhvin bədəli Türkiyənin özünə fayda verməyəcək".

sia.az

Digər xəbərlər