"Güc amili dedikdə, bütünlüklə iqtisadi, sosial, informasiya texnologiyalarının gücü nəzərdə tutulur. Cənab prezident haqlı olaraq qeyd edir ki, bu gün güc dünyada aparıcı rola malikdir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Prezident İlham Əliyevin Qlobal Açıq Cəmiyyət Forumunda gücün beynəlxalq müstəvidə əsas yer tutması ilə bağlı irəli sürdüyü fikirlərinə münasibətini açıqlayarkən dedi.YAP rəsmisi vurğuladı ki, bütün bu kimi mənalarda Azərbaycan dünyada öz gücünü artırıb və güc amili bundan sonra da öz mövcudluğunu qoruyub-saxlayacaq: "Bu isə o deməkdir ki, beynəlxalq aləmdə ölkəmizin nüfuzu kifayət qədər artıb və Azərbaycan bu baxımdan, həm regionda, həm də beynəlxalq aləmdə güclü dövlət kimi tanınmaqdadır. Əgər nəzərə alsaq ki, ölkəmizin ümümi daxili məhsulu(ÜDM) Cənubi Qafqazın 75-80 faizini təşkil edir, bu faktın özü Azərbaycanın nə qədər güclü dövlət olduğunu sübut edir".Asəf Hacıyev onu da bildirdi ki, Azərbaycan güclü dövlət olduğu üçün artıq qarşısına çıxan hər bir problemi vaxtında və zamanında həll edir: "Məhz bu gücləri nəzərə alaraq qeyd edə bilərik ki, bu gün işğal altında qalan 20 fazi torpaqlarımız da məhz bu gücün sayəsində tezliklə geri qaytarılacaq".
sia.az