Dünən Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş yığıncaq keçirilib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əldiyevin abidəsini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüblər.
Tədbirdə çıxış edən YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edib: "Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin adı çəkilir. Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi və sosial inkişafı istiqmətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaranmışdır".
Ə.Hüseynov onu da söyləyib ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu Öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəklşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub: "Məhz Dahi Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib".
Ə.Hüseynov, həmçinin qeyd edib ki, təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu milli dövlətçilik ideologiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlətimizin başçısının daxili və xarici siyasəti sayəsində müstəqilliyi tam təmin olunan Azərbaycan durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir.
Tədbirdə YAP Ağsu rayon təşkilatının gənclər birliyinin sədr müavini Elnur Fərzəlizadə, YAP üzvü, təqaüdçü Akif Mirzəyev, YAP Ağsu rayon təhsil işçiləri ilk partiya təşkilatının sədr müavini Mətləb Nuriyev və başqaları çıxış edərək dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu vurğulayıblar. Çıxış edənlər qeyd ediblər ki, hər bir xalqın, millətin tarixində önəmli günlər, yadda qalan tarixlər var. Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü - 10 may Azərbaycan xalqının tarixinə əbədi yazılan bir gündür. Hər bir azərbaycanlı, Yeni Azərbaycan Partiyasının üzvü olan insanlar daima Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq olacaqlar, Onun siyasi kursunun davam etdirilməsində öz xidmətlərini göstərəcəklər.
Ü.ƏSGƏROV