Dünən Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı qadınlar şurasının konfransı keçirilib. Konfransı giriş sözü ilə YAP Şabran rayon təşkilatının sədr müavini Füzuli Hüseynov açıb. YAP Şabran rayon təşkilatı qadınlar şurasının sədri Minə Quliyeva hesabat məruzəsi ilə çıxış edərək ötən konfransdan indiyədək olan dövrdə görülən işlərdən, həyata keçirilən tədbirlərdən və 2013-cü ildə keçirilən prezident seçkilərində rayon qadınlarının fəallığından ətraflı danışıb.
Məruzə ətrafında YAP Şabran rayon təşkilatı şəhər 3 saylı ümumi orta məktəb ərazi ilk partiya təşkilatının sədri, rayon təşkilatı qadınlar şurasının üzvü Məlahət Ağayeva, rayon təşkilatı səhiyyə ərazi ilk partiya təşkilatının sədri Zemfira Həsənova, rayon təşkilatı şəhər 2 saylı tam orta məktəb-liseyin ərazi ilk partiya təşkilatının sədri, rayon təşkilatı qadınlar şurasının üzvü Gülşən Rzayev və başqaları rayon təşkilatı qadınlar şurasının ötən konfransdan indiyədək olan dövrdə görülən işləri qənaətbəxş qiymətləndiriblər.
Sonra təşkilati məsələlərə baxıldı. Minə Quliyeva yenidən YAP Şabran rayon təşkilatı qadınlar şurasının sədri seçilib. Həmçinin, YAP Şabran rayon təşkilatı qadınlar şurasının üzvləri, eyni zamanda, YAP Şabran rayon təşkilatı qadınlar şurasının üzvlərindən Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının növbəti konfransına nümayəndə seçildilər.
R.HÜSEYNOVA