Dünən Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə YAP İmişli rayon təşkilatında növbəti tədbir keçirib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxış edərək qeyd edib ki, YAP İmişli rayon təşkilatının da Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə 3 mart 2014-cü il tarixdən 10 may 2014-ci il tarixə qədər silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur: "Mayın 10-u Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının qurucusu, müstəqil dövlətçiliyimizin banisi Heydər Əliyevin anadan olduğu gündür. Həmin gün xalqımızın əziz tutduğu tarixi günlərdən biridir. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan xalqının öz mövcudluğu ərzində yetişdirdiyi ən görkəmli şəxslərdəndir. Müasir tariximizdə əldə etdiyimiz bütün nailiyyətlər, qazandığımız bütün uğurlar görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz buna görə də, respublikamızın bütün regiyonlarında olduğu kimi, İmişli rayonunda da onun xatirəsi əziz tutulur, rəngarəng tədbirlər həyata keçirilir".
Tədbirdə vurğulandı ki, Ümummilli Lider Heydər Əliyevin 91 illiyinə həsr olunan növbəti tədbir İmişli İdman Olimpiya Kompleksində CUDO üzrə rayonda keçirilən çempionatlıqda 30 kq çəkidə Ələsgərov Camal Kamil oğlu, 35 kq çəkidə Orucov Murad Bəylər oğlu , 40 kq çəkidə Camallı Rəvan İqrar oğlu ,45 kq çəkidə Xəlilli Babək İdris oğlu, 50 kq çəkidə Qənbərova Firuzə Ələsgər qızı qalibi olmuşlar.
Sonda yarışın qalibləri YAP İmişli rayon təşkilatının "Fəxri Fərman"ı təqdim edilmiş və qiymətli hədiyələrlə mükafatlandırılmışdır.
Ü.ƏSGƏROV