PDF Oxu

Siyasət

  • 10

YAP Zərdab rayon təşkilatı qadınlar şurasının konfransı keçirilib

YAP Zərdab rayon təşkilatı qadınlar şurasının konfransı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı qadınlar şurasının konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində davam etdirilib. Konfransda 64 ilk partiya təşkilatından 150 nəfər nümayəndə iştirak edib.

Konfransı giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün xidmətlərindən danışaraq, YAP-ın cəmiyyətdə böyük bir siyasi qüvvə kimi vətəndaşların həyatının tənzimlənməsində, müstəqilliyimizin möhkəmləndirilməsində, xarici ölkələrdə vətənimiz, millətimiz haqqında müsbət fikirlərin formalaşmasında böyük rolu barədə məlumat verib: "YAP-ın təsis olunduğu gündən ötən 22 il ərzində həm partiyanın, həm də Azərbaycan dövlətinin inkişafında mühüm nailiyyətlər əldə edib, ölkəmizin müstəqilliyini yox olmaqdan xilas edərək, dünya birliyinin bərabərhüquqlu üzvünə, müstəqil, demokratik dövlətə çevirib. Bununla da, ölkədaxili proseslər nizamlandı və daxili çəkişmələrə, anarxiyaya, etnik və milli münaqişələrə, hakimiyyət uğrunda silahlı mübarizəyə, vətəndaş qarşıdurmasına son qoyuldu. Beləliklə, saglam əsaslar üzərində ictimai-siyasi sabitlik bərqərar olundu".

Sonra YAP Zərdab rayon təşkilatının qadınlar şurasının sədri Minəgül Əliyeva hesabat məruzəsi ilə çıxış etdi. Konfransda Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Könül Həsənova, rayon Toxum Müfəttişliyinin rəisi Fiqura Abbasova, Hüseynxanlı kənd körpələr evinin müdirəsi Aynur Məmmədova və başqaları çıxış edərək qadınların ölkənin eləcə də rayonun ictimai-siyasi həyatındakı rolundan, onlara göstərilən diqqət və qayğıdan söz açıblar.

Konfransın gedişində YAP Zərdab rayon təşkilatının qadınlar şurasının 21 nəfərdən ibarət şurası və 9 nəfərdən ibarət idarə heyəti seçilərək təsdiq edilib. Veyisova Xəyalə Qiyas qızı YAP Zərdab rayon təşkilatı qadınlar şurasının sədri seçilib. Daha sonra YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova və qadınlar şurasının sədri Xəyalə Veyisova yekdilliklə YAP Qadınlar Şurasının Bakıda keçiriləcək konfransına nümayəndə seçildilər.

İntizarə Məmmədova

Digər xəbərlər